08 iyl 12:22region

Ermənistanda növbəti etiraz aksiyası

Ermənistanda növbəti etiraz aksiyasıErmənistan metal tullantıları ixracatçıları Dövlət Gəlirləri Komitəsinin qarşısında etiraz aksiyası keçiriblər.

Onlar Dövlət Komitəsi sədrinin müavini Şuşanik Nersisyanla görüşdən sonra binaya girişi bağlayıblar.

Bildirilib ki, aksiya iştirakçıları metal tullantılarına tətbiq ediləcək dövlət rüsumunun artırılacağına etiraz edirlər.

Dövlət rüsumu haqqında yeni qanun layihəsinə əsasən, bir ton metal tullantısına 160 dollar (80 min dram) dövlət rüsumu tətbiq edilməsi planlaşdırılır. Aksiyaçılar isə hesab edirlər ki, bu məbləğdə rüsumun tətbiqi firmaları müflisləşdirəcək. (report)
XƏBƏR LENTİ
SORĞU