05 iyl 07:16region

Boltondan İran tankerinin tutulmasına reaksiya: Əladır!

Boltondan İran tankerinin tutulmasına reaksiya: Əladır!Cəbəllütariq boğazında İran tankerinin tutulması əla xəbərdir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Tvitter səhifəsində yazıb.

“Əla xəbər: Böyük Britaniya Avropa Birliyi (AB) sanksiyalarını pozan və İran nefti ilə yüklənmiş Suriyaya gedən “Qreys 1” tankerini ələ keçirib”, - Bolton bildirib.

O əlavə edib ki, ABŞ və müttəfiqləri Dəməşq-Tehran ticarətinə mane olmaqda davam edir.

Qeyd edək ki, İran tərəfi sözügedən tankerin saxlanılması olayına görə Britaniya səfirini XİN-ə çağıraraq etirazını bildirib.
XƏBƏR LENTİ
SORĞU