03 iyl 13:02region

ABŞ səfirliyi azərbaycanlılara niyə viza vermir?

ABŞ səfirliyi azərbaycanlılara niyə viza vermir?“Greencard Azerbaijan” Feysbuk səhifəsi ABŞ səfirliyinin Azərbaycan vətəndaşlarına qarşı hörmətsizlik etməsi ilə bağlı məlumat yayıb.

Məlumata görə, ABŞ səfirliyinin hazırkı konsulu hər gün onlarla azərbaycanlının hüquqlarını tapdayır.

Belə ki, ABŞ-a viza almaq üçün müracət etmiş çoxsaylı vətəndaşlarımızın təəssüratlarına əsasən, onların sənədlərinə baxmadan, normal dinləmədən, səbəb demədən imtina kağızı verirlər. Hətta müraciət edənlərin sənədləri qaydasında olsa da, vizadan imtina edilir. Bu da səfirliyə ödənilən 160 dollar vəsaitin və digər sənədləşmə işlərinə çəkilən xərclərin batmasına səbəb olur.

Məlumatda bildirir ki, məhz bununla əlaqədar səfələrin azalması səbəbindən Azərbaycan Hava Yolları Bakı-NyuYork reyslərini ləğv edib.

Mövzu ilə bağlı Axar.az-a danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, ABŞ səfirliyinin Azərbaycan vətəndaşlarına münasibəti həmişə belə olub. Yəni bu ilk belə hal deyil:

“Ölkəmizdən Amerikaya köçmək istəyən çoxdur. Bu səbəbdən bizim ölkədə xeyli insan “Yaşıl kart” üçün (“Green card”) müraciət edir. “Yaşıl kart”a muraciət edənlər səfirliyin sistemində görünür. Bu səbəblə səfirlik onlara, yəni müracuət edənərə B1 turist vizası verməkdən imtina edir.

Bu həmişə belə olub. ABŞ səfirliyinin Azərbaycan vətəndaşlarına qarşı etdiyi bu davranış illərdir var. Ancaq zamanla gedənlərin sayı daha da artdığından problem daha qabarıq görünür”.
XƏBƏR LENTİ
SORĞU