02 iyl 10:16region

Pompeo İranla bağlı nöqtəni qoydu: Geriyə yol yoxdur

Pompeo İranla bağlı nöqtəni qoydu: Geriyə yol yoxdurVaşinqton Tehranı uranın zənginləşdirilməsi prosesini dayandırmağa çağırır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Çox az adam İranın nüvə razılaşması imzalanana qədər onun şərtlərini pozmasına şübhə ilə yanaşır. ABŞ hesab edir ki, İrana uranın zənginləşdirilməsinə izn verilməməsi ilə bağlı köhnə qaydalar bərpa edilməlidir. Vaşinqton İrana nüvə silahı hazırlamağa izn verməyəcək və ona öz fəaliyyət kursunu dəyişənə qədər maksimal təzyiqlərini davam etdirəcək. İran özünün nüvə ambisiyalarına son qoymalıdır. Heç bir razılaşma İrana öz gücüylə istənilən həcmdə uran zənginləşdirməyə icazə verməməlidir. Vaşinqton İrana münasibətdə iqtisadi təzyiqlərini və diplomatik təcridi davam etdirəcək”, - o bildirib.
XƏBƏR LENTİ
SORĞU