01 iyl 09:53region

S-400-lər Türkiyəyə nə vaxt gətirilir? - Ərdoğan açıqladı

S-400-lər Türkiyəyə nə vaxt gətirilir? - Ərdoğan açıqladıRusiyanın S-400 zenit-raket kompleksləri yaxın 10 gün ərzində Türkiyəyə çatdırılacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb. O bildirib ki, rəsmi Anakara hələlik Rusiya silahının alınmasına görə ABŞ-dan sanksiya xəbərdarlığı almayıb.

Xatırladaq ki, iyunun 28-də ABŞ Senatı F-35 təyyarələrinin Türkiyəyə satılmasına qadağa qoyub. ABŞ və NATO Türkiyənin S-400 kompleksləri və F-35 təyyarələrinə yiyələndikdən sonra Rusiya sistemlərinin Amerika qırıcılarını izləyə biləcəyindən ehtiyat edir.

Rusiya və Türkiyə arasında dörd S-400 kompleksinin tədarükü barədə razılıq 2017-ci ilin sentyabr ayında əldə olunub. Sazişin dəyəri 2,5 milyard dollar təşkil edir və bu məbləğin yarısı Rusiya krediti ilə ödəniləcək.
loading...
XƏBƏR LENTİ
SORĞU