28 iyn 09:09region

Tbilisidə etirazçılar İvanişvilinin biznes mərkəzinə yürüş etdilər

Tbilisidə etirazçılar İvanişvilinin biznes mərkəzinə yürüş etdilərGürcüstanın paytaxı Tbilisidə ölkə parlamentinin binası önündə keçirilən aksiya yürüşlə davam edib.

“Report” bildirir ki, aksiya iştirakçıları hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzinə doğru dinc yürüş keçiriblər.

Yürüşçülər əllərində “Qaxaria get!” şüarının olduğu baner tutublar.

Bəzi iştirakçılar yürüşə skuterlərlə qatılıblar. Onlar əllərində “Qaxaria evə get!” sözlərinin olduğu şarlar tutublar.

Qeyd edək ki, etiraz aksiyasının tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefası idi.

...Etiraz aksiyası hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzi yaxınlığında başa çatıb.

Aksiyaçılar rəmzi sarı kartlar göstərərək "Get!" şüarı səsləndiriblər.

Aksiyada Gürcüstan və Avropa İttifaqının himnləri səsləndirilib.

Təşkilatçılar bu gün saat 19:00-da parlamentin binası qarşısında daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiyanın keçiriləcəyini bildiriblər.
XƏBƏR LENTİ
SORĞU