27 iyn 10:13region

"ABŞ İranı yox etmək potensialında deyil"

"ABŞ İranı yox etmək potensialında deyil"Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Donald Trampın təhdidlərinə cavab olaraq deyib.

O bildirib ki, Tramp İran haqqında yanılıb:

"ABŞ İranı yox edəcək gücdə deyil. Qadağan edilmiş silahlardan istifadə etmədiyi müddətdə bunu edəcək potensialı yoxdur. İran hər hansı hücuma qarşı hazırlıqlıdır. Lakin biz müharibə və ya qarşıdurma istəmirik. Tramp 18-ci əsrdə yaşamadığını və BMT sazişinə görə müharibə təhdidlərinin qeyri-qanuni olduğunu anlamalıdır".

ABŞ-ın son vaxtlar İrana qarşı etdiklərini təxribat adlandıran Zərif Ali dini lider Əli Xamaneinin də ABŞ-ın sanksiya qərarını bütün İran xalqına qarşı təhqir kimi qiymətləndirdiyini bildirib.
XƏBƏR LENTİ
Dünən, 20:43
SORĞU