24 iyn 11:30region

İvanişvili bu kanalı ələ keçirməyə çalışır

İvanişvili bu kanalı ələ keçirməyə çalışırHökumət “Rustavi 2” televiziyasını ələ keçirməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında televiziyanın direktoru Nika Qvaramiya deyib.

“İki mənbə informasiya təqdim edib ki, hazırda “Rustavi 2”-nin güc yoluyla ələ keçirilməsinə hazırlıq prosesi gedir. Bu ideyanın hökumətdə tərəfdarları və əleyhdarları var.

Ölkədə son zamanlar baş verənlər Gürcüstan hökumətinin iştirakıyla gerçəkləşdirilən Rusiya ssenarisidir. Mən bütün hakimiyyət nümayəndələrini ittiham etmək istəmirəm. Hökumətin üzvləri arasında vətənpərvərlər də mövcuddur”.

Qvaramiyanın bu iddiasını Gürcü Arzusu fraksiyasının lideri Mamuka Mdinaradze təkzib edib. O, Qvaramiyanın dediklərini “öz fantaziyasının məhsulu” adlandırıb. Mdinaradze “Rustavi 2”-yə qarşı heç bir təhdidin olmadığını bildirib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU