22 iyn 13:48region

28 ölkə Türkiyəyə qarşı birləşdi

28 ölkə Türkiyəyə qarşı birləşdi28 Avropa ölkəsi Türkiyəyə qarşı birləşib.

Publika.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının yeni sədrini seçmək üçün Brüsseldə toplanan dövlət və hökumət başçıları Türkiyənin Şərqi Aralıq dənizində enerji axtarışlarını sərt qarşılayıb və rəsmi Ankaranı sanksiya ilə hədələyib.

Toplantının ilk gününün sonunda yekun hesabatda Türkiyənin enerji axtarışları qanundankənar dəyərləndirilib. Həmçinin bildirilib ki, Türkiyənin Şərqi Aralıq dənizi siyasəti Avropa İttifaqı-Türkiyə münasibətlərinə mənfi təsir göstərir.

Qeyd edək ki, Türkiyənin bölgədə enerji axtarışları Yunanıstan və Cənubi Kipr Yunan Muxtariyyətini narahat edir. Problemi Avropa Komissiyasına Yunanıstanın baş naziri Aleksis Çipras bildirib.
XƏBƏR LENTİ
SORĞU