21 iyn 14:51region

Hakim partiyanın deputatı aksiyaya qoşuldu – Tiflisdə

Hakim partiyanın deputatı aksiyaya qoşuldu – TiflisdəGürcüstanda növbədənkənar parlament seçkisi keçirilməlidir.

Axar.az xəbər verir ki, bu iddia ilə Gürcü Arzusu Partiyasının deputatı Kaxa Okriaşvili çıxış edib.

“Parlamentlərarası Pravoslav Assambleyasının iclası Tiflisdə və ümumilikdə Gürcüstanda davam etməməlidir. Üstəlik, bu forumun keçirilməsini planlaşdıran hər kəs hakim partiyadan və Gürcüstan siyasətindən getməlidir”, – deyə o bildirib.

O, parlament binası önündəki aksiyalara qoşulacağını bildirib və hakimiyyətin digər nümayəndələrini də oxşar addım atmağa səsləyib. Okriaşvili bunun sayəsində dünyaya işğal məsələsində Gürcüstanda hökumət, əhali, müxalifət və digərlərinin vahid mövqedə olduğunu göstərə biləcəklərini deyib.
XƏBƏR LENTİ
SORĞU