21 iyn 10:16region

Rusiyalı deputat Gürcüstanı ayağa qaldırdı

Rusiyalı deputat Gürcüstanı ayağa qaldırdı Gürcüstanda siyasi vəziyyət kəskin şəkildə gərginləşib.

Pravoslav Ölkələrinin Parlamentlərarası Assambleyasının Tbilisidə keçirilən sessiyasında Rusiyanı təmsil edən deputat Sergey Qavrilovun spiker postunda oturması gərginliyə yol açıb.

Gürcüstan müxalifəti - “Avropa Gürcüstanı” və “Vahid Milli Hərəkat” bunu iqtidarın satqınlığı hesab edərək, parlament binasını blok ediblər.
Rusiyalı deputatlar polisin nəzarəti altında binanı tərk edərək, mehmanxanaya yerləşdirilib.

Müxalifət Gürcüstan ərazilərini işğal edən Rusiyanın rəsmi nümayəndəsinin spiker postunda əyləşdiyinə görə spiker İrakli Kobaxidzerni və daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb edib.

Ötən gecə parlament qarşısında çoxminlik aksiyaya xüsusi təyinatlı qüvvələrin müdaxiləsi zamanı azı 52 nəfərin – 38 polis və 14 etirazçının yaralandığı məlumdur.

Hazırda gərginlik qalmaqda davam edir. Etirazçıları Ukraynada olan Mixail Saakaşvili də dəstəkləyib. O, “Gürcü arzusu” partiyasının hakimiyyətdən getməli olduğunu və yeni seçkilərin keçirilməsini təklif edib.
XƏBƏR LENTİ
SORĞU