16 iyn 23:21region

Moskvada Fuad Abbasova görə aksiya - Foto

Moskvada Fuad Abbasova görə aksiya - FotoRusiyanın paytaxtı Moskvada azərbaycanlılar bu ölkədə həbsdə olan jurnalist Fuad Abbasovla bağlı Arbitiraj Məhkəməsinin qarşısında aksiya keçiriblər.

Report xəbər verir ki, soydaşlarımız aksiyaya Fuad Abbasovun fotoları ilə qatılıblar.

Rusiyada Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təsiscilərindən olan Ramiz Mikayılov açıqlamasında aksiyaya qoşulmağın məqsədindən danışıb.

"Məqsədimiz Rusiyada həbsdə saxlanılan azərbaycanlı jurnalist barədə səsimizi bu ölkənin ictimaiyyətinə çatdırmaq və Fuad Abbasovun Azərbaycana göndərilməsini tələb etməkdən ibarətdir", - deyə o bildirib.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F.Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apellyasiya şikayəti verilib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar məntəqəsində saxlanılan F.Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. O, iki dəfə öz hesabına bilet alsa da, jurnalisti Azərbaycana deportasiya etməyiblər.
loading...
XƏBƏR LENTİ
SORĞU