15 iyn 23:53region

DAP-ın qurucular heyəti və idarəçiləri müəyyənləşdi

DAP-ın qurucular heyəti və idarəçiləri müəyyənləşdiDünya Azərbaycanlıları Platformun (DAP) qurucular heyəti və idarəçiləri, bir sıra ölkələrdə ilkin nümayəndəliklərini müəyyənləşdirib.

Xatırladaq ki, mayın 28-də Türkiyədə yaşayan azərbaycanlılar DAP-ın yaradıldığını elan ediblər.

DAP-ın məqsədi öncə Türkiyə, daha sonra isə dünyadakı azərbaycanlılar arasında milli mənəvi birliyi gücləndirilmək, birlik olaraq həmyerlilərimizin problemlərini işıqlandırmaq və köməklik etmək, xaricdə təhsil almağa gedən azərbaycanlı tələbələrə, akademik karyerasını davam etdirməyə çalışan alimlərə, iş qurmaq və ya hansısa yatırım etmək, investisiya qoymaq istəyən iş adamlarına yardım etməkdir.

Təşkilat həmçinin xaricdə müalicə olunması vacib olan xəstələrə lazımı köməklik və dəstəyi göstərmək, Azərbaycan həqiqətlərini və azərbaycanlıları dünyaya daha yaxşı və doğru bir şəkildə tanıtmağa çalışacağını vəd edir.

DAP-ın əsas vəzifələri – azərbaycanlıların milli mənsubiyyətini təmin etmək, Azəbraycan Respulikasına dəstək vermək, Türkiyədə yaşayan azərbaycanlıları yaşadığı bölgənin inkişafına müsbət iştiraka təşviq etmək, Dünyadakı digər Azərbaycan diasporları ilə işbirliyi qurmaq və Türkiyədəki azərbaycanlıları müxtəlif sahələrdə fəaliyyətlərinə dəstək verməkdir.

Bu gün DAP-ın qurucular heyəti və idarəçiləri müəyyənləşdirilib.

DAP-ın qurucularlı:

Samir İsgəndəroğlu, Lalə Həsənova (Antalya Xalqlar Dostluğu Birliyinin rəhbəri), Cəvahir Əhmədova (İzmirdə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin rəhbəri), Vəfa Aktuz (Gülüstan Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyinin rəhəri), Kəmalə Qəhrəmanova (Avrasiya Universiteti Çocuq Gelisimi bölümümü rəhbəri).

DAP-ın rəhbər heyəti:

Samir İsgəndəroğlu – sədr

Müavinlər:

Lalə Həsənova (xarici əlaqələr üzrə), Bikə Əlizadə (mətbuat üzrə), Elvin Ağayev (Tələbələrin koordinasiyası), Vəfa Aktuz (maliyyə və vəkflərlə iş üzrə), Kəmalə Qəhrəmanova (elm xadimləri ilə iş üzrə ), Pərvanə Çetiner (Azərbaycan dərnəkləri ilə iş), Coşqun Mehdiyev (texniki, reklam və təşkilatı işlər üzrə)

İdarə Heyəti:

Samir İsgəndəroğlu - Ankara
Lalə Həsənova – Antalya
Cəvahir Əhmədov – İzmir
İlkin Qulusoy – Qars
Kəmalə Qəhrəmanova –Trabzon
Vəfa Aktuz – İstanbul
Namiq Abdulkərimov – İstanbul
Elvin Ağayev – Ankara

Ölkə və Türkiyənin şəhərləri üzrə nümayəndələr

Azərbaycan:

Mehriban Paşayeva – ''Ümumdünya Sülh Federasiyası Beynəlxalq Humanistika İnistutu'' İB-nin İdarə Heyətinin üzvü

Zülfiyyə Əhmədova - Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimim

Eskişəhər


Eskişəhər Azərbaycanalıları Dərnəyi

Bursa

Sevcan Qarayeva (Uludaq universitetinin tələbəsi)
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU