15 iyn 16:04region

İvanişvili seçkiyə hazırlaşır: Biznesmenlərdən xərac toplanır

İvanişvili seçkiyə hazırlaşır: Biznesmenlərdən xərac toplanırBidzina İvanişvili 2020-ci il parlament seçkisinə hazırlığa başlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı “2020 Nyus” agentliyi öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, İvanişvili artıq bunun ölkədəki biznesmenlərdən “xərac” toplamağa başlayıb. Belə ki, onun seçki üçün 300 milyon dollar toplamaq fikrində olduğu vurğulanıb.

Biznesmenlərlə görüşməyə başlayan İvanişvilinin bu işdə əsas köməkçisinin, eləcə də biznesmenlərlə onun arasında vasitəçisinin Vano Çxartişvili olduğu qeyd edilib:

“Biznesmenlər çətin situasiyaya düşüblər. Onları tez-tez büllur saraya çağırırlar. Şəxsən İvanişvili onlardan seçkini maliyyələşdirmələrini istəyir.
Əslində biznesmenlərdən pul toplanması Gürcü Arzusunun ixtirası deyil. Bu, Şevarnadze və Saakaşvili dönəmlərində də olub. Əvvəlkilərdən fərqli olaraq indi tələb edilən pulun məbləği astronomik həddədir. Bu işdə İvanişvilinin köməkçiləri Vano Çxartişvili ilə bərabər Uçi Mamaçaşvili, Kaxa Kaladze, Georgi Qaxariya və İrakli Kobaxidze sayılır, amma prosesə şəxsən İvanişvili nəzarət edir”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU