12 iyn 14:02region

Gürcüstanda Azərbaycana qarşı çağırışlar - FOTO

Gürcüstanda Azərbaycana qarşı çağırışlar - FOTOGürcüstanda Patriot Alyansı Partiyası əhalini iyunun 15-də Tbilisinin Rustavi küçəsinə mitinqə dəvət edir.

Gürcüstandakı mənbələrdən Avrasiya.net-ə daxil olan məlumata görə, səbəb bir hissəsi Azərbaycan ərazisində qalan "Keşikçidağ" (David Qareci) monastr kompleksinin Gürcüstana verilməsi ilə bağlı rəsmi Bakıya çağırışdır.

Mənbənin bildirdiyinə görə, Patriot Alyansı Partiyası əhaliyə çağırış vərəqələri paylayaraq Azərbaycana qarşı ərazi iddiasında mübariz olmalarını tövsiyyə edir. O da qeyd olunub ki, bu partiya Bdzina İvanaşvilinin nəzarətindədir və baş verən bütün proseslərdən xəbəri var.

Mitinqin məhz Milli Qurtuluş Gününə təyin edildiyi də müəmmalıdır. Görünür, İvanişvili Zurabişvili iqtidarına Azərbaycana qarşı təhdidlər planlarını əlamətdar günlərimizlə üst-üstə düşməsi tapşırığını verib.
Gürcüstanda Azərbaycana qarşı çağırışlar - FOTO
Qeyd edək ki, Keşikçidağ (David Qareci) monastr kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Hazırda Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası prosesi getdiyindən, monastrın yerləşdiyi ərazini azərbaycanlı sərhədçilər mühafizə edirlər.

Azərbaycanın daş yaddaşı hesab edilən "Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Gürcüstanla sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində, Candar gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar boyunca, üzü cənuba doğru 25 km-dək uzanır.

Ərazidə dövrümüzədək gəlib çatan 100-ə yaxın təbii və süni mağara, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli qala və üzü cənuba baxan, bir-birindən 1500 metr aralıda yerləşən, yerli daş materiallardan inşa olunmuş, V-VI əsrlərə aid iki alban məbədi mövcuddur. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir. Süni mağaralar isə VIII-XV əsrlər aralığında yonularaq düzəldilib.

Gürcüstanla Azərbaycanın ümumi dövlət sərhəddinin uzunluğu 480 km-dir. İki ölkə arasında sərhədlərin delimitasiyası prosesi 1996-cı ildə başlayıb. Bu gün sərhədin üçdəiki hissəsi razılaşdırılıb. Qalan hissələrlə bağlı məsləhətləşmələr davam edir.
loading...
XƏBƏR LENTİ
Dünən, 16:30
24-06-2019, 15:00
SORĞU