12 iyn 10:57region

PKK ilə qanlı qarşıdurma: 2 şəhid, 2 yaralı

PKK ilə qanlı qarşıdurma: 2 şəhid, 2 yaralıTürkiyənin Tunceli bölgəsində PKK terror qruplaşması üzvləri ilə türk əsgəri arasında baş verən atışmada 2 əsgər şəhid olub.

Axar.az xəbər verir ki, məlumata görə, ötən gün axşam saatlarında davam edən antiterror əməliyyatları çərçivəsində bir qrup terrorçunun yeri müəyyən edilib. Təhlükəsizlik orqanlarının “təslim ol” çağırışına terrorçular atəşlə cavab verib. Baş verən atışmada 4 əsgər yaralanıb. Yaralılar helikopterlə Tunceli xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, əsgərlərdən 2-sinin həyatını xilas etmək mümkün olmayıb.

Bölgədə antiterror əməliyyatları davam etdirilir.
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU