11 iyn 15:19region

Paşinyan pulunu kəsdi: Qarabağdakı düşməni istefa verir

Paşinyan pulunu kəsdi: Qarabağdakı düşməni istefa verirQarabağ separatçılarının “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyan istefaya gedir.

Axar.az xəbər verir ki, bu məlumatı “Arminfo” saytı öz mənbələrinə istinadən yayıb. Sayt istefanın bu gün gerçəkləşə biləcəyini bildirib.

Balasanyanın istefasının onun Nikol Paşinyan və İrəvanın ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlı olduğu vurğulanıb. Belə ki, onun istefasını Bako Saakyandan şəxsən Paşinyan tələb edib.

Saytın başqa mənbəsi isə Balasanyanın “prezident seçkisində” iştirak üçün istefaya getdiyini bildirib.

Qeyd edək ki, daha öncə Balasanyanın istefaya getməməsi səbəbindən Paşinyan hökumətinin Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməkdən imtina etdiyi barədə xəbər yayılmışdı.
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU