11 iyn 12:06region

S-400-ə görə Türkiyəyə ilk zərbə

S-400-ə görə Türkiyəyə ilk zərbəTürkiyəli pilotlar ABŞ-ın Arizona ştataıandakı "Lyuk" bazasında bombardımançı-qırıcı "F-35" təlimlərindən kənarlaşdırılıblar. Bu barədə "Reuters" Pentaqon nümayəndəsinə istinadla məlumat verib.

"Nazirliyə bəllidir ki, türk pilotlar uçuş həyata keçirmirlər" Deyə Pentaqon nümayəndəsi Maykl Endryus bildirib. O, qeyd edib ki, əgər Türkiyə öz siyasətini dəyişərsə, onların "F-35" proqramında iştirakları ilə bağlı əməkdaşlığa hazırdırlar.

Daha öncə də "Foreign Policy" türk pilotların ölkədən çıxarılacağı barədə məlumat yaymışdı. Nəşr qeyd edirdi ki, Pentaqon rəhbəri Patrik Şanaxan türkiyəli həmkarı Hülusi Akara "F-35"lə bağlı təlimdə iştirak edən pilotların ölkəni tərk etməli olduqlarını bildirib.

Bu qərar rəsmi Ankaranın Rusiya istehsalı olan S-400 kompleksindən imtina etməməsi fonunda qəbul edilib.

Xatırladaq ki, ABŞ Türkiyəni S-400 alışı fikrindən daşındırmaq üçün hətta sanksiya xəbərdalığı da edib. Lakin Rəcəb Tayyib Ərdoğan bu barədə razılaşmanın artıq imzalandığını və Rusiyanın ən güclü sistemini almaq fikrindən geri dönməyəcəklərini bəyan edib.

ABŞ iddia edir ki, S-400 NATO standarlarına uyğun deyil.
loading...
XƏBƏR LENTİ
Dünən, 16:30
24-06-2019, 15:00
SORĞU