10 iyn 14:31region

İran şirkəti Şuşada bu məscidi bərpa edir? - Rəsmi açıqlama

İran şirkəti Şuşada bu məscidi bərpa edir? - Rəsmi açıqlamaİran “Part Saman Cahan” adlı yerli şirkətin Şuşa şəhərindəki “Gövhərağa” məscidinin bərpası işləri ilə məşğul olacağından məlumatsızdır.

Bu barədə APA-ya İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi deyib.

“Bizdə “Gövhərağa” məscidinin bərpa işlərinin İran şirkəti tərəfindən həyata keçiriləcəyinə dair məlumat yoxdur”, - deyə XİN rəsmisi bildirib.

Araşdırmaya əsasən şirkətin rəhbəri kimi adı çəkilən Səid Nəhavəndi Ermənistanda memarlıq üzrə təhsil alıb.

Qeyd edək ki, Ermənistan mətbuatı Şuşa şəhərində “Gövhərağa” məscidinin bərpa ediləcəyini, bərpa işlərinin İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçiriləcəyinə dair məlumat yayıb.
loading...
XƏBƏR LENTİ
SORĞU