08 iyn 10:38region

İran qəzəbləndi: ABŞ-ın təklifi boş şeydir

İran qəzəbləndi: ABŞ-ın təklifi boş şeydirABŞ-ın İranın neft-kimya şirkətinə qarşı sanksiyaları göstərir ki, Vaşinqtonun Tehranla danışıqlara hazır olması bəyanatı boşdur.

Axar.az xəbər verir ki, bu bəyanatı İran Xarici İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, dünən ABŞ İranın ən böyük neft-kimya şirkətlərindən biri olan “Persian Gulf Petrochemical İndustries”ə qarşı sanksiya tətbiq edib. Sanksiyalar siyahısına həmçinin kompaniyanın 39 törəmə şirkəti də daxil edilib. Bu kompaniya və onun törəmələri İranın neft-kimya istehsalının 40%-ni, neft-kimya məhsulları ixracının isə 50%-ni nəzarətdə saxlayır.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU