07 iyn 13:31region

Ermənistanda növbəti etiraz aksiyası

Ermənistanda növbəti etiraz aksiyasıYerevan zooparkının keçmiş əməkdaşları və heyvansevərlər Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları zooparkın direktoru Ruben Xaçatryanın istefasını tələb ediblər. Etirazçılar onu qanunsuz əməllər törətməkdə və heyvanların qətlində ittiham edirlər.

Onlar bu aksiya vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın diqqətini problemə və özlərinə çəkməyə cəhd göstərirlər.

Qeyd edək ki, mayın 1-də Yerevan zooparkının əməkdaşları mövsümün açılışı ilə əlaqədar zoologiya bağında etiraz aksiyası keçiriblər.(report.az)
XƏBƏR LENTİ
SORĞU