04 iyn 13:54region

"Hədəfimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır"

"Hədəfimiz dünya azərbaycanlılarının birliyinə nail olmaqdır"Dünyadakı azərbaycanlılar arasında milli mənəvi birliyi gücləndirilmək məqsədilə 28 May günündə Türkiyədə yarandığı elan edilən Dünya Azərbaycanlıları Platformu (DAP) fəaliyyətinə artıq start verib. Türkdilli respublikalar və digər dövlətlərdə yaşayan azərbacanlıların həmrəyliyinə, birliyinə nail olmaq üçün yaradılan DAP-ın qurucular heyəti və idarəçiləri Ankarada, 15 iyun - milli qurtuluş günündə elan olunacaq.

DAP-ın yaradılmasının təşkilatçılarından biri olan Samir İsgəndəroğlu Avrasiya.net-ə bildirib ki, məqsədimiz, öncə Türkiyə, daha sonra isə dünyadakı azərbaycanlılar arasında milli mənəvi birliyi gücləndirilmək, birlik olaraq həmyerlilərimizin problemlərini işıqlandırmaq və köməklik etmək, xaricdə təhsil almağa gedən azərbaycanlı tələbələrə, akademik karyerasını davam etdirməyə çalışan alimlərə, iş qurmaq və ya hansısa yatırım etmək, investisiya qoymaq istəyən iş adamlarına yardım etməkdir.

Onun sözlərinə görə, hər ölkədən 9 nəfər DAP-da təmsil olunacaq: “Əsas heyət 9 nəfərdən ibarət olacaq, ancaq üzvlərin sayı da arta bilər. Seçdiyimiz 9 nəfər müxtəlif sahələrdə tanınmış simalar olacaqlar. Bu barədə iyunun 15-də mediaya məlumat verəcəyik. Sentyabradaək mextəlif layihələrin həyata keçməsinə çalışacağıq. Daha sonra isə sentyabrda qurultay planlaşdırırıq”.

S.İsgəndəroğlu DAP-ın dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində bütün planların həyata keşəcəyinə əmin olduğunu deyib. Onun fikrincə, DAP bu sahədə öz sözünü deyəcək: “Biz bütün dünya azərbaycanlılarının, Azərbaycanın, türk birliyinin maraqlarını qoruyacağıq. Bu gün reallıq, zaman bunu tələb edir. Sözümüzdə, vədimizdə deyil, əməlimizdə bunu sübuta yetirəcəyik. Düzdür, ilkin illərdə problemlərlər, çətinliklərlə üzləşə bilərik. Fəaliyyətimizdə hansısa çatışmazlıqlar olacaq. Amma zaman-zaman bunları aradan qaldırıcağıq və nüfuz sahibi olacağıq”.

S.İsgəndəroğlu artıq müxtəlif türkdilli dövlətlərdən və Avropadan DAP-a üzv olmaq üçün müraciətlər edildiyini də deyib: “Artıq hamının maraq dairəsindəyik. Bizimlə bu yolda addımlamaq istəyənlər çoxdur. İnşallah bu yolda birgə addımlayacağımıza inanıram”.
loading...
XƏBƏR LENTİ
SORĞU