30 may 17:47region

Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edib

Gürcüstan Saakaşvilinin ekstradisiyasını tələb edibGürcüstan Baş Prokurorluğu sabiq prezident Mixail Saakaşvilinin Ukraynadan ekstradisiyasını tələb etməkdə davam edəcək.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə prokuror Koka Katsidadze deyib.

“Vətəndaşlığın itirilməsi və qaytarılması cinayət işi ilə bağlı deyil. Mixail Saakaşvili mütləq etdiklərinə görə məhkəmə qarşısında cavab verməli olacaq”.

Xatırladaq ki, Mixail Saakaşvili Gürcüstanda “vəzifə səlahiyyətlərini aşmaqda” və “korrupsiya”da ittiham olunur.
XƏBƏR LENTİ
Bu gün, 12:54
SORĞU