30 may 16:43region

Erməni anaları ayağa qalxdı

Erməni anaları ayağa qalxdıDinc dövrdə hərbi xidmət zamanı ölən erməni hərbi qulluqçuların valideynləri bu gün yenidən Ermənistanda hökumət binası qarşısında toplaşıblar.

Axar.az xəbər verir ki, etirazçılar övladlarının ölümünün əsl səbəblərinin ortaya çıxması üçün hökumətdən ədalətli istintaq aparılmasını tələb ediblər.

Dinc dövrdə ölmüş erməni hərbçilərin anaları həmçinin Ermənistan hökumətini orduda baş vermiş insidentlərin obyektiv araşdırılması ilə bağlı vədlərini yerinə yetirməməkdə ittiham edib.

Rəsmi versiyaya görə, baş beyin şişindən ölmüş Artur Xəzəryan adlı hərbçinin anası İrina jurnalistlərə ölümün araşdırılması üçün yaradılan komissiyanın bu yaxınlarda ilk iclasının keçirildiyini bildirib. Onun sözlərinə görə, suallarına cavab tapmaq ümidi ilə yollandığı iclasda bunun əvəzinə yeni suallar ortaya çıxıb:

“Ekspertlər işə dair materiallarla ümumiyyətlə tanış deyildilər”.

Erməni qadın hakimiyyətin verdiyi sözü yerinə yetirmədiyini və hazırda heç bir ölümlə bağlı obyektiv araşdırmadan söhbət belə getmədiyini qeyd edib.

Xatırladaq ki, ötən ilin iyul ayında Ermənistanın Baş naziri Nikol Paşinyan dinc dövrdə hərbi xidmət zamanı ölən erməni hərbçilərin valideynləri ilə görüşmüşdü. Valideynlərin şikayətlərini dinləyən Paşinyan məsələlərin ciddi şəkildə araşdırılacağına və prosesə nəzarət edəcəyinə söz vermişdi.
XƏBƏR LENTİ
SORĞU