29 may 21:40region

Saakaşvili Ukraynaya qayıtdı

Saakaşvili Ukraynaya qayıtdıSaakaşvilini hava limanında tərəfdar kütləsi qarşılayıb.

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukryanaya qayıdıb.

Artıq onun təyyarəsi Kiyevin Borispol hava limanına eniş edib. M. Saakaşvilini hava limanında tərəfdar kütləsi qarşılayıb.

Bu gün M. Saakaşvili “Courier”ə müsahibəsində bildirib ki, Ukraynaya qayıtdıqdan sonra prezidentə yardım edəcək.

Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ildə Mixeil Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. M. Saakaşvili ötən həftə V. Zelenskidən vətəndaşlığının bərpasını xahiş edib. (ona.az)
XƏBƏR LENTİ
SORĞU