29 may 10:47region

"Röyters" AÇIQLADI: S-400-lər Türkiyəyə gəlsə, ABŞ...

"Röyters" AÇIQLADI: S-400-lər Türkiyəyə gəlsə, ABŞ...ABŞ Türkiyənin Rusiyadan tədarük edəcəyi S-400 hava hücumundan müdafiə sisteminə qarşı türk pilotların F-35 döyüş təyyarələri təlimlərini dayandıra bilər.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.

Agentliyə müsahibə verən amerikalı rəsmilər Türkiyənin ABŞ-ın bütün etirazlarına rəğmən, Rusiyadan silah almasına cavab olaraq bu variant üzərində ciddi şəkildə düşündüyünü bildirib.

Qeyd edək ki, daha öncə ABŞ Hərbi Hava Qüvvələrinin baş katibi Hizer Uilson Türkiyənin Rusiyadan silah tədarükü etməsinə rəğmən, türk pilotların ABŞ-da F-35 təlimləri almağa davam etdiklərini açıqlamışdı. Rəsmi Ankaranın bu qərardan imtina edə biləcəyini dilə gətirən Uilson bunun mümkün olduğunu bildirmiş və diplomatların məsələ ilə bağlı cəhd göstərdiklərini demişdi.

ABŞ S-400 hava hücumundan raket kompleksinin Qərbin müdafiə şəbəkəsi ilə uyğunlaşmayacağını əsas gətirərək Türkiyənin bu sistemdən imtina etməsini tələb edir. Digər tərəfdən sistemin F-35 döyüş təyyarələrinə təhdid yaradacağını dilə gətirir.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU