24 may 02:40region

Qərbə inteqrasiya edən ölkələr Rusiya ilə mübarizədə yalnız qalır

Qərbə inteqrasiya edən ölkələr Rusiya ilə mübarizədə yalnız qalırRufis Məmmədsoy
ekspert

Ukraynada prezident seçkilərindən sonra əksəriyyət Ukraynanın gələcək taleyi ilə bağlı nikbin fikirdədir. Bunun əsas səbəbi də Vladimir Zelenskinin adı ilə bağlıdır.
Vladimir Zelenski böyük fərqlə prezident seçildikdən sonra ilk işi parlamenti buraxmaq oldu. Lakin, bu o qədər də asan deyil. Yəni, öz təsdiqini tapmayıb. Əslində oktyabr ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri iyul ayında keçiriləcəyi deyilir. V. Zelenski yaxşı anlayır ki, parlamentin hazırki tərkibi ilə bir çox məsələləri həm etmək mümkün olmayacaq. Çünki, əksəriyyət ona müxalif olanlardır. Bu səbəbdən də seçkilərin vaxtından əvvəl keçirilməsində maraqlıdır.

Vladimir Zelenski andiçmə zamanı bir sıra maraqlı fikirlər səsləndirdi. Bunları həyata keçirtmək mümkün olacaqmı? Bu haqda bir şey söyləmək üçün hələ tezdir. Çünki, hazırda Ukraynada elə bir situasiya hökm sürür ki, bu Ukraynanın xarici siyasətinə də təsirsiz ötüşmür.

V.Zelenski hakimiyyətə gəldiyi zamandan bəri Rusiya ilə münasibətlərdə hansı yolu tutacağını da nümayiş etdirdi. Zelenski inauqurasiya mərasimi zamanı Donbas məsələsini həll etməyə çalışacağını demişdi. Zelenski ilhaq edilmiş ərazilərdə qarşıdurma istəmir. Çünki, yaxşı anlayır ki, bu Ukraynanı bataqlığa daha da yaxınlaşdıra bilər. Əslində Rusiya da sülh danışıqlarında maraqlıdır. Lakin, ilhaq edilmiş ərazilərin hər biri Ukrayna üçün təcrübədir. Çünki, Abxaziya və Cənubi Osetiyanın, Dnestryanı ərazilərin də hazırkı vəziyyəti məlumdur. Hesab edirəm ki, Zelenskinin hazırda əsas hədəfi parlament seçkilərindən sonra özünə dayaq yaratmaqdan ibarətdir.

Rusiya prezidenti Vladimir Putin hələ də həmkarını təbrik etməyib. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, "Rusiya prezidenti Vladimir Putin Donbasda münaqişənin həlli istiqamətində ilk müvəffəqiyyət əldə edəcəyi və Rusiya-Ukrayna münasibətlərini normallaşdıracağı təqdirdə Ukrayna prezidenti Vladimir Zelenskini təbrik edəcək". Yəni, Vladimir Putin bununla demək istəyir ki, Vladimir Zelenskini təbrik etməyəcək.

Təsadüfi deyil ki, bu açıqlamanın ertəsi günü Zelenski paytaxt Kiyevdə Birləşmiş Ştatların nümayəndə heyəti ilə görüşü zamanı ABŞ-ı özləri üçün ən yaxın müttəfiqi adlandırıb və Rusiya ilə mübarizədə tək başına bacarmayacaqlarını qeyd edərək Rusiyaya qarşı təzyiqi, sanksiyanı gücləndirməyi istəyib.

İstənilən halda Vladimir Zelenski mövcud ənənələri davam etdirir. Yəni, Ukraynanın xarici siyasət strategiyası dəyişməyib. Yeni prezident də Qərbə doğru inteqrasiya prosesini davam etdirir. Lakin, bu Krımı və digər əraziləri geri qaytara biləcəkmi? Düşünürəm ki, bu məsələ artıq həll edilib və Rusiya həmin əraziləri geri verməyəcək. Təsadüfi deyil ki, artıq həmin bölgələrdə rus pasportunun verilməsi planlaşdırılır. Əslində həmin ərazilərdə əksəriyyət onsuz da ruslar idi. Bu səbəbdəndə asanlıqla 2014-cü ildə həmin ərazilər ilhaq edilə bilmişdi.

Hesab edirəm ki, Zelenski nə qədər istəsə də təcrübə göstərir ki, Qərbə inteqrasiya edən ölkələr də Rusiya ilə mübarizədə yalnız qalır.
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU