23 may 10:48region

Amerika gəmiləri nəzarətimizdədir - SEPAH

Amerika gəmiləri nəzarətimizdədir - SEPAHİran Silahlı Qüvvələri ABŞ gəmilərinin Yaxın Şərqdə hərəkətinə tamamilə nəzarət edir.

Axar.az xəbər verir ki, bu sözləri SEPAH rəhbərinin müavini Əli Fədəvi deyib.

“Fars körfəzində yerləşən gəmilər İranın hərbi-dəniz qüvvələrinin və ordunun tam nəzarətindədir. Narahatlığa əsas yoxdur”, - deyə Fədəvi bildirib.

Qeyd edək ki, İranla gərginləşən münasibətlər fonunda ABŞ Fars körfəzinə 7 gəmi və "Patriot" zenit-raket kompleksi yerləşdirib.
loading...
XƏBƏR LENTİ
SORĞU