23 may 08:29region

Saakaşvilidən Zelenskiyə məktub: Vətəndaşlığımı bərpa et!

Saakaşvilidən Zelenskiyə məktub: Vətəndaşlığımı bərpa et!Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığının bərpası ilə bağlı yeni Prezident Vladimir Zelenskiyə məktub ünvanlayıb.

Axar.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, məktubu siyasətçinin vəkili Ruslan Çernolutski administrasiyaya təqdim edib.

“Bütün hüquqşünaslar təsdiqləyir ki, mənim Ukrayna vətəndaşlığından çıxarılmam qeyri-qanunidir. Ukrayna Konstitusiyasında göstərilir ki, ukraynalının vətəndaşlığını ləğv etmək qadağandır. Beynəlxalq hüquqda isə göstərilir ki, insanı ümumiyyətlə vətəndaşlığı olmayan şəxs kimi saxlamaq olmaz”, - deyə məktubda bildirilib.

Saakaşvili həmçinin Ukraynada ona hər hansı vəzifə və üstünlüklərin lazım olmadığını yazıb.

Keçmiş qubernator əlavə edib ki, Zelenskinin onun vətəndaşlığının bərpası ilə bağlı hər hansı şübhəsi yaranarsa, o zaman hüquqlarının məhkəmədə müdafiəsi üçün ölkə sərhədlərini keçmək barədə Dövlət Sərhəd Xidmətinin rəhbərinə göstəriş verə bilər.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
15-06-2019, 22:57
SORĞU