22 may 11:14region

İrəvanlı-qarabağlı savaşı açıq müstəviyə çıxdı

İrəvanlı-qarabağlı savaşı açıq müstəviyə çıxdı

Bako Saakyanın Robert Köçəryanla birləşməsi Paşinyan hakimiyyətini çox narahat edir və buna görə də o, xalqı küçələrə çağırıb.

Bu sözləri Axar.az-a Nikol Paşinyanla separatçı rejimin rəhbəri Bako Saakyan arasında olan gərginliyi şərh edən politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistanda gərginliyin bu qədər uzanacağı təxmin edilmirdi:

“Paşinyanın davranışları onun nə qədər təcrübəsiz siyasətçi olduğunu göstərir. Onun hakimiyyət strukturlarına təzyiqi Ermənistanda vəziyyətin nə qədər acınacaqlı və hüquqazidd olduğunu sübut edir. Paşinyan küçə psixologiyası ilə hərəkət edir. Çünki onun küçədə səsləndirdiyi fikirlərdən başqa hər hansı bir alternativi yoxdur”.

Politoloq Paşinyan və Bako Saakyan arasında olan gərginliyin xaricdən dəstəkləndiyini bildirib:

“Separatçılarla Paşinyan arasında uzun müddətdir ki, qarşıdurma gedir. Bu qarşıdurmada təkcə Köçəryan iştirak etmir, həmçinin Daşnaksütyun Partiyası və ölkənin xaricində olan qüvvələr separatçıların Paşinyana qarşı revanşını gücləndirirlər. Belə demək olar ki, Ermənistanda bu gün klanlararası mübarizə gedir. Bu mübarizə şiddətlənir, bundan sonra da şiddətlənəcəyini hesab edirəm”.

Politoloq Paşinyanın təslim olmayacağını qeyd edib:

“Köçəryan gördü ki, Paşniyan ona imkan verməyəcək yenidən siyasətə gəlsin, ona görə də o, Sərkisyan və Saakyanla qruplaşmağa qərar verdi. Buna görə də Paşinyan xalqa çağırış etdi”.

E.Mirzəbəylinin fikrincə, Paşinyan heç bir halda təslim olmayacaq, onları parçalamaq üçün alternativ yollar axtarmağa çalışacaq:

“Hesab edirəm ki, onun təslim olması siyasi fəaliyyətinin və onu müdafiə edən qrupların siyasi səhnədən silinməsi deməkdir. Buna görə də Paşinyanın geriyə addım atacağını düşünmürəm”.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
15-06-2019, 22:57
SORĞU