21 may 10:41region

Zelenski özünü Ukraynanın Ali Baş Komandanı təyin etdi

Zelenski özünü Ukraynanın Ali Baş Komandanı təyin etdiUkrayna Prezidenti Vladimir Zelenski özünü ölkəsinin Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edib.

Virtualaz.org bildirir ki, bununla bağlı müvafiq fərman Ukrayna Prezidentinin saytında yerləşdirib.

300 nömrə altında dərc edilən fərman "Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifələrinin qəbul edilməsi barədə" adlanır.

Yeri gəlmişkən, bu, Zelenskinin təsdiqlədiyi ilk rəsmi fərmandır.

Xatırladaq ki, dünən Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi olub. Andiçmə mərasimindəki çıxışında V.Zelenski Nazirlər Kabinetini istefaya getməyə çağırıb. Eyni zamanda, Ali Radanı buraxdığını bildirib və deputatların toxunulmazlıq hüququnun ləğv edilməsini xahiş edib.

Yeni Prezident, həmçinin bildirib ki, nəyin bahasına olursa-olsun Donbasda müharibənin dayandırılmasına çalışacaq: “Bizim qəhrəmanlarımız orada ölməməlidirlər”. Bununla yanaşı, o, ən çətin qərarlar verə biləcəyini və vəzifədən getməsi bahasına başa gəlsə belə, Donbasda qarşıdurmanı Ukraynanın ərazi bütövlüyünün pozulmaması şərtilə dayandıracağını deyib.
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU