18 may 20:39region

Marneulidə keçiriləcək seçkilərdə gərginlik gözlənilir

Marneulidə keçiriləcək seçkilərdə gərginlik gözlənilirSabah Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına isə icra başçıları seçiləcək.

ONA-nın xəbərinə görə, Marneulidə keçiriləcək icra başçısı seçkilərində gərginlik baş verməsi gözlənilir. “Çoxmillətli Gürcüstan İctimai Hərəkatı”nın sədri Arnold Stepanyan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Zvania ilə keçirdiyi görüşdən sonra belə deyib. O bildirib ki, bu rayona minlərlə müşahidəçinin cəlb edilməsi başadüşülən deyil və ehtimal ki, gərginliyə səbəb olacaq: “Bu vaxtadək seçki prosesinə müdaxilə edəcək səviyyədə bir durumla üzləşməmişik. Amma sabah gərginliyin baş verməsi gözləniləndir. Bizə məlum deyil ki, niyə təkcə Marneulidə bir neçə min müşahidəçi qeydiyyatdan keçib. Müxtəlif siyasi partiyaları dəstəkləyən onlarla müşahidəçinin eyni vaxtda eyni seçki məntəqəsində olması çətinlik yaradacaq”.
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU