18 may 15:51region

Fuad Abbasov Moskvada saxlanıldı: deportasiya edilir - Foto

Fuad Abbasov Moskvada saxlanıldı: deportasiya edilir - FotoRusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.

Report xəbər verir ki, jurnalist Rusiyadan deportasiya edilir.

Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib.

Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxmağa başlayıb. Proses mayın 17-də yekunlaşıb.

Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
SORĞU