18 may 10:34region

Mədən işçiləri aclığa başladılar

Mədən işçiləri aclığa başladılarGürcüstanın Çiatura şəhərində əməkhaqlarının bir neçə dəfə artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, mədənçilərin təhlükəsizliyinin təmin olunmasını tələb edən mədən işçiləri mayın 17-də aclıq aksiyasına başlayıblar.

Mədən işçiləri "Gürcüstan manqanı" şirkətinin nümayəndələri ilə görüşərək tələbələrini bildiriblər. Lakin şirkət rəhbərliyi onların istəklərini nəzərə almayıb.

Bundan sonra 15 nəfər mədən işçisi tələbləri yerinə yetirilənədək aclıq aksiyasını davam etdirəcəklərini bildiriblər.

AzərTAc bildirir ki, sabiq baş nazir, «Gürcü arzusu-demokratik Gürcüstan» partiyasının siyasi katibi İrakli Qaribaşvili və Gürcüstan Həmkarlar İttifaqları Birliyi mədən sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinə qalxıblar.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:21
SORĞU