18 may 09:45region

Moskvadan ABŞ-a: Cavabsız qoymayacağıq!

Moskvadan ABŞ-a: Cavabsız qoymayacağıq!Moskva “Terek” xüsusi təyinatlı dəstəsinə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyaları cavabsız buraxmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Şübhəsiz ki, Rusiya vətəndaşlarına qarşı bu qərarı cavabsız qoymayacağıq. ABŞ hakimiyyəti düşünməlidir ki, onların konfrontasiyalı münasibəti heç bir fayda gətirməyəcək. Bu, yalnız dünyada gərginliyin artmasına xidmət edir”, - deyə XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Çeçenistanın “Terek” operativ reaksiya qrupu və 5 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:21
SORĞU