08 may 14:11region

İran səhv etdi: bu açıqlamanın ziyanını çəkəcək

İran səhv etdi: bu açıqlamanın ziyanını çəkəcəkİran bu addımı atmaqla dünyaya meydan oxumağa çalışır, lakin bunun ağır nəticələri ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli İranın nüvə silahı istiqamətində çalışmaları davam etdirəcəyi haqda bəyanatına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, İranın bu qərarı ABŞ və NATO ilə növbəti gərginliyə səbəb olacaq:

“İranın dünyaya meydanoxuyucu tərzdə məlumat yayması beynəlxalq gərginliyin artmasına gətirib çıxaracaq. Bu o deməkdir ki, İran bundan əvvəl imzalanmış “Altılıq” sazişindən çıxıb, ballistik raketlərin və atom silahı üçün gərəkli olan uranın istehsalına başlayır. Bu, çox təhlükəli addımdır və ABŞ-la NATO-nun buna sərt reaksiyası ola bilər. Düşünürəm ki, İran tərəfi meydanı qızışdırmaqla yanlış hərəkət edir. İran nüvə silahının fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ və 5+1 ölkələrinin sazişinə və tələblərinə əməl etməli idi. Bu tələblər uranın saflaşdırılması və uzaqmənzilli ballistik raketlərin istehsalının tam dayandırılması idi. Tələblərdən biri də İranın qonşu ölkələrə - İraq və Suriyaya müdaxilədən əl çəkməsi idi. Bu tələbləri yerinə yetirmək İran üçün daha yaxşı olardı. Lakin İran ona qarşı qoyulan sanksiyalardan nəticə çıxarmır və ABŞ-a meydan oxumağa davam edir. Bunun çox qorxulu nəticələri ola bilər. Nəzərə alaq ki, İranda çox sayda soydaşımız yaşayır və orda müharibə təhlükəsinin meydana gəlməsi Azərbaycan üçün arzuolunmaz nəticələr yarada bilər”.

Qeyd edək ki, bu gün İran dövlət televiziyası rəsmi Tehranın İngiltərə, Fransa, Almaniya, Çin və Rusiya səfirliklərinə nüvə fəaliyyətini davam etdirəcəyini bildirdiyi haqda məlumat yayıb.
XƏBƏR LENTİ
Dünən, 10:31
10-12-2019, 17:56
SORĞU