06 may 11:46region

Rusiyada daha bir faciə: zavod partladı – ölənlər var

Rusiyada daha bir faciə: zavod partladı – ölənlər varRusiyanın Perm diyarının Berezniki şəhərində “Uralxim” açıq səhmdar cəmiyyətinin zavodunda partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, partlayış zavodun ammonyak istehsalı sexində təmin işləri zamanı baş verib. İnsident nəticəsində 3 nəfər həlak olub.

Qəzaya baxmayaraq, zavod fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bundan öncə Moskva-Murmansk reysi ilə uçan təyyarədə yanğın baş verib. Təyyarə Şeremetyevo hava limanına qəza enişi edib. Yanğın nəticəsində 41 nəfər dünyasını dəyişib.
loading...
XƏBƏR LENTİ
SORĞU