20 apr 18:11region

Putinlə Paşinyan nələri müzakirə edəcək?

Putinlə Paşinyan nələri müzakirə edəcək?Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında mayda baş tutması planlaşdırılan görüş Dağlıq Qarabağ probleminin həlli üçün mühim əhəmiyyət kəsb edir.

Bu sözləri Axar.az-a Paşinyanla Putinin arasında mayın 29-u nəzərdə tutulan görüşü şərh edən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, görüşdə Ermənistan –Rusiya münasibətləri də müzakirə obyekti olacaq:

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri, eyni zamanda, regional məsələlərdə nüfuz sahibi olduğuna görə Dağlıq Qarabağ problemi mütləq şəkildə müzakirə obyekti kimi həmin danışıqlarda olmalıdır. Çünki təhlükəsizlik təhdidlərinin qarşısı alınmadıqda sərmayə yatırımları və digər proseslər öz həllini tapmır. Bunun üçün də regiondakı münaqişələrə son verilməlidir. Regionda da əhəmiyyət kəsb edən və uzanan məslələrdən biri məhz Qarabağ münaqişənin həll edilməməsidir. Buna görə də Putin-Paşinyan görüşündə bu məsələyə mütləq şəkildə diqqət yetiriləcək. Elmar Məmədyarovla Zöhrab Mnatsakanyan arasında apreldə baş tutan görüşdən və bəzi anonslardan da məlumdur ki, növbəti görüş ABŞ-da keçiriləcəkdir. Buna da hazırlıq prosesi kimi müəyyən təlimatlar eyni zamanda Rusiya tərəfindən də verilməlidir”.

Politoloq bildirib ki, bu, mühim əhəmiyyət kəsb edən görüşdür və burada həm də mütləq şəkildə Ermənista- Rusiya münasibətləri, həmçinin Paşinyanın parlamentdə son çıxışından sonra Rusiya ilə bağlı müəyyən problemlərin çözülməsi öz həllini tapmalıdır.

Qeyd edək ki, mayın 29-da Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilməsi nəzərdə tutulur.
loading...
XƏBƏR LENTİ
SORĞU