11 apr 11:56region

Ukraynada Azərbaycan diasporu birləşdi

Ukraynada Azərbaycan diasporu birləşdi“Ukraynada Azərbaycan diasporunun birləşməsi rəsmən təsdiqləndi”.

Bu barədə məlumatı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov məlumat verib. Məlumatında bildirilir ki, bir çox təşkilatların təmsil olunduğu Ukrayna Azərbaycanlıları Radası (RAU) bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib:

“Bir neçə gün sonra Kiyevdə RAU-nun təsis qurultayı olacaq. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək”.

Qeyd edək ki, bir müddət öncəyə qədər Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında fikir ayrılığı yaşanırdı. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov problemin aradan qaldırması üçün addımlar ataraq, diaspor təşkilatlarının vahid şəkildə birləşməsinə nail oldu.
XƏBƏR LENTİ
SORĞU