06 apr 18:23region

İran ABŞ ordusunu terrorçu elan etməyə hazırlaşır

İran ABŞ ordusunu terrorçu elan etməyə hazırlaşırİran ABŞ Silahlı Qüvvələrinin bəzi bölmələrini terror təşkilatları siyahısına əlavə edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Tehran bu addımı ABŞ tərəfindən SEPAH-ın terror təşkilatı olaraq tanınacağı halda atacaq.

Qeyd edək ki, bundan öncə “Vol Strit Jurnal” qəzeti SEPAH-ın ABŞ-ın terror təşkilatları siyahısına daxil edilə biləcəyini söyləyib. Bu təklifi artıq ABŞ Dövlət katibi Mayk Pompeo, ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton, eləcə də ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford dəstəkləyib.
XƏBƏR LENTİ
SORĞU