27 mar 11:01region

Yəhudi politoloqun İrəvana çağırışı panika yaratdı

Yəhudi politoloqun İrəvana çağırışı panika yaratdıErmənistan Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımalıdır, bu, Qarabağın suverenliyinin beynəlxalq səviyyədə tanınmasına kömək edəcək.

Axar.az xəbər verir ki, bu barədə İsrail politoluqu Aviqdor Eskin danışıb.

Eskinin fikrincə, Qolan yüksəkliklərinin tanınması Ermənistana Qarabağ üçün yeni status tələb etmək imkanı yaradacaq.

Politoloq Trampın qərarını müəyyən ölkələrin təhlükəsizliyi ilə bağlı baş verən hadisələrin (hərbi plan daxil olmaqla) nəticəsində yaranan sərhədlərin tanınmasına əsaslanan beynəlxalq siyasi təfəkkürün yeni bir yanaşması olduğunu qeyd edib:

“Beynəlxalq siyasi fikirdəki bu yeni istiqamətin hansısa yolla benefitsiarı olmaq üçün Ermənistan Trampın ardınca Qolan yüksəkliklərini tanımalıdır. Sonradan isə Qarabağ üçün xüsusi status (ancaq ayrıca muxtar bölgə kimi yox, Ermənistanın bir hissəsi kimi) tələb etmək lazımdır”.

Qeyd edək ki, israilli politoloqun bu “çağırışı” Ermənistanda bəzi siyasilərin narahatlığına səbəb olub. Onlar bu çağırışda əslində israilli politoloqun Qolan təpələri kimi, Dağlıq Qarabağın da faktiki olaraq işğal edildiyinə diqqət çəkdiyini bildiriblər.
XƏBƏR LENTİ
SORĞU