18 mar 10:30region

Türkiyə ilə İran birgə əməliyyata hazırlaşır

Türkiyə ilə İran birgə əməliyyata hazırlaşırİran Daxili işlər nazirinin müavini Hüseyn Zülfiqarlı Türkiyə ilə sərhədə nəzarəti gücləndirmək üçün birgə əməliyyat aparılacağını bildirib.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə o, mətbuat konfransındakı açıqlamasında deyib.

Hüseyn Zülfiqarlı iki ölkənin sərhəd təhlükəsizliyi sahəsində gərəkli addımlar atdığını bəyan edib: "Türkiyə-İran sərhədində ortaq əməliyyat aparacağıq. Sərhəddə ümumilikdə problem yoxdur".

Bundan əvvəl birgə əməliyyat barədəTürkiyə Daxili işlər naziri Süleyman Soylu anons vermişdi. Birgə əməliyyat PKK-ya qarşıdır.
XƏBƏR LENTİ
SORĞU