16 mar 19:07region

Moskvada qız üstündə dava düşdü: azərbaycanlı taciki güllələdi

Moskvada qız üstündə dava düşdü: azərbaycanlı taciki güllələdiMoskvanın cənub-şərqində yerləşən kafelərdən birində qız üstündə dava düşüb.

Virtualaz.org “Lenta.ru” nəşrinə istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Kafedə Azərbaycan və Tacikistan vətəndaşları qızla rəqs etməyə görə dalaşıblar və münasibətlərini aydınlaşdırmaq üçün küçəyə çıxıbar.

Küçədə azərbaycanlı rəqibini sağrı nahiyəsindən güllələyib. Bildirildiyinə görə, güllə tacikistanlının sağrısını dəlib keçib. O, xəstəxanaya çatdırılıb.

Polis atəş açmış Azərbaycan vətəndaşını axtarır.
XƏBƏR LENTİ
SORĞU