11 mar 10:23region

Ankaradan ABŞ-a TƏHDİD: Cavabı çox ağır olacaq

Ankaradan ABŞ-a TƏHDİD: Cavabı çox ağır olacaq “ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, bunun cavabı çox ağır olacaq”.

Publika.az xəbər verir ki, bu sözləri təqaüddə olan türk admiral Əli Dəniz Qultuq deyib.

Admiralın sözlərinə görə, Türkiyənin ABŞ-ın sanksiyalarına qarşı çox fərqli cavab kartları var:

“Ən sadəsindən, məsələn, Türkiyənin hava sahəsi ABŞ təyyarələrinin üzünə bağlansa, ABŞ Yaxın Şərqin geniş bir bölgəsində ciddi zərər görər. İncirlik bazasının bağlanması da yenə ilk mərhələdə ABŞ-ı ciddi şəkildə çətinliyə sürükləyər. Təbii ki, proses daha da irəliləsə, Türkiyənin istifadə edə biləcəyi daha başqa yollar da olacaq”.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin təhvil tarixi yaxınlaşdıqca Ankaranı müxtəlif sanksiyalarla təhdid edir.
XƏBƏR LENTİ
SORĞU