04 mar 10:53region

Rus ordusu Ukraynaya girsə... - General

Rus ordusu Ukraynaya girsə... - GeneralRusiya Ukrayna ilə sərhədə ordu yığır ki, Ukrayna ictimaiyyətini və Avropanı qorxutsun.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına açıqlmasında Ukrayna Xarici Kəşfiyyat Xidmətinin ehtiyatda olan general-leytenantı Vasili Boqdan deyib. Onun sözlərinə görə, Putin hərbi gücünü nümayiş etdirməyə, bununla da Ukrayna elektoratına təsir etməyə çalışır:

“O, yaxşı başa düşür ki, Ukrayna ordusunun hərbi texniki, peşəkar və mənəvi potensialı artıb. Artıq hər şey aydın olmağa başlayır ki, Qərb kütləvi hücum zamanı bir tərəfdə dayanmayacaq. Rusiya Ukraynada aqressiya tətbiq etməklə özünü daimi dalana dirəyib”.
XƏBƏR LENTİ
SORĞU