28 fev 10:59region

5-ci deputat İvanişvilini Bakıda tərk etdi

5-ci deputat İvanişvilini Bakıda tərk etdiGürcü Arzusu Partiyasını daha bir deputat tərk edib.

Axar.az xəbər verir ki, bu dəfə partiyadan onun təsisçilərindən biri Diaspor Məsələləri və Qafqaz Komitəsinin sədri Zviad Kvaçantiradze ayrılıb. Belə ki, Kvaçantiradze partiyadan ayrıldığını Gürcüstan Prezidenti Salome Zurabişvili ilə birgə Azərbaycanda səfərdə olarkən bəyan edib. O, partiyadan ayrılma qərarını çətinliklə verdiyini deyib.

Qeyd edək ki, bununla da Gürcü Arzusu Partiyasını tərk edən deputatların sayı 5-ə çatıb. Belə ki, Kvaçantiradzedən öncə partiyanı Eka Beseliya, Levan Qoqiçaişvili, Beka Naçvlişvili və Gedeva Popxadze tərk edib.
XƏBƏR LENTİ
SORĞU