27 fev 15:12region

Əgər hakimiyyətə İvanişvili gəlməsəydi...

Əgər hakimiyyətə İvanişvili gəlməsəydi...Əgər hakimiyyətə İvanişvili gəlməsəydi, Lazika (Anakliya) limanının tikintisi artıq başa çatmışdı.

Axar.az xəbər verir ki, bunu Rustavi-2-yə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Biz Gürcüstanın Sinqapura çevrilməsindən bəhs edirdik, Lazika isə bunun təcəssümü olmalıydı. Bu, təbii ki, Rusiyanın maraqlarına uyğun deyildi. Bu liman 10 neft və qaz kəmərindən daha yüksək idi. Bu, Gürcüstan üçün iqtisadi, siyasi, hərbi əhəmiyyət daşıyırdı. İvanişvilinin Gürcüstanda hakimiyyətə gəlməsi üçün əsas motivlərindən biri bu layihənin qarşısını almaq idi. İvanişvili tam olaraq bu layihəni dizi üstə çökdürə bildi”, – deyə o bildirib.

O, İvanişvilinin Rusiya ilə ortaq çalışaraq, yeni liman tikməyə hazırlaşdığını da bildirib:

“İvanişvilinin Uça Mamatsaşvili kimi kassiri var. Eyni funksiyanı Vladimir Putin üçün Rotenberq qardaşları həyata keçirir. Onlar hər iki liderin əsas maliyyə müttəfiqləridir və bu şəxslər vasitəsilə həm İvanişvili, həm də Putin bütün maliyyə maxinasiyalarını və siyasi məsələləri həll edirlər.

Rotenberq qardaşlarının əvvəllər İvanişvili ilə intensiv kontaktları olub. Bu qardaşların Varşavada qeydiyyatdan keçən “Tao” firması var və indi bu firma Anakliya limanının iqtisadi və texniki əsaslandırmasını aparır. Bu layihəni Rotenberqlərin bankının keçmiş direktoru Dmitri Kalatriyski idarə edir. Rotenberqlər sanksiyalar altına düşəndən sonra Kalatriyski elə görüntü yaratdı ki, sanki qardaşlarla əlaqəsini dayandırıb və Praqada qalıb. Hər kəs Rotenberqlər barədə məlumatlıdır və hər kəs bilir ki, indi bu Dmitri Kalatriyski Anakliya layihəsinin əsas icraçısıdır. Bu o deməkdir ki, Anakliya limanını tikib Gürcüstanı varlandırmaq, əhalinin gəlirlərini artırmaq yerinə ruslar Oçamçirdə liman tikintisinə başlayıblar. Bu isə liman üçün Anakliya kim yaxşı yer deyil. Onlar çalışırlar ki, Abxaziya dəmiryolunu açıb, bütün Gürcüstanı Rusiyaya Oçamçir vasitəsilə bağlasınlar”.

Qeyd edək ki, bundan öncə həm İrəvan, həm də Moskva Abxaziyadan keçən və İrəvana gedən dəmiryolunu açmaq niyyətində olduqlarını bildiriblər. Georgi Kvirikaşvilinin baş nazir olduğu dönəmdə Rusiya Prezidenti Vladimir və Ermənistanın eks-prezidenti Serj Sərkisyan müxtəlif vasitələrlə Tiflisi yeni dəmiryolunu açmağa razı salmağa çalışıb.

Ekspertlərin iddiasına görə, Rusiya bu dəmiryolunu özünün bölgədəki əsas müttəfiqi olan İrəvanla yerüstü əlaqəni təmin etmək üçün açmaq istəyir.
XƏBƏR LENTİ
Dünən, 14:59
SORĞU