27 fev 10:21region

Tramp Rusiyaya kiberhücum əmri verdi

Tramp Rusiyaya kiberhücum əmri verdiDonald Tramp ABŞ hərbçilərinə 2018-ci ilin aralıq seçkisi zamanı Rusiyanın İnternet Tədqiqatları Agentliyinə kiberhücum həyata keçirilməsinə şəxsən izn verib.

Axar.az xəbər verir ki, bu məlumatı NBC televiziyası öz mənbələrinə istinadən yayıb. Məlumata görə, bu kiberhücum Trampın hakimiyyətə gəlməsindən sonra Rusiyanın seçkiyə müdaxiləsinə qarşı indiyə qədər atılan ən aqressiv addımdır.

Trampın qərarına əsasən, ABŞ ordusunun kiberkomandanlığı hücum zamanı Milli Təhlükəsizlik Agentliyinin məlumatlarından yararlanıb və Sankt-Peterburqdakı İnternet Tədqiqatları Agentliyinin internetə giriş imkanlarını bir neçə saatlıq tam dayandırıb.
XƏBƏR LENTİ
SORĞU