26 fev 22:10region

"Zurabişvili Azərbaycana bir kəşfiyyatçı simasında gəlir"

"Zurabişvili Azərbaycana bir kəşfiyyatçı simasında gəlir"Bunu Avrasiya.net-ə Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanov Gürcüstan prezidenti Salome Zurabişvilinin sabah Azərbaycana səfəri ilə bağlı münasibətində açıqlayıb.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycana rəsmi səfər edəcək. İki günlük səfər zamanı o, ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək. Bu, onun ölkə prezidenti seçilməsindən sonra ilk regional səfəridir. Bundan qabaq o, Fransada səfərdə olmuşdu.

A.Süleymanov bildirib ki, Zurabişvilinin Bakı səfərinə o da dəvətli olub. Lakin, saxta bir prezidentlə Azərbaycana səfər etmək istəyində deyil: “O adam Gürcüstanda saxta yolla prezident seçilib. Saxta bir prezidentin nümayəndə heyətinin tərkibində hansısa səfərə getmək özümüzü aşağılamaq deməkdir. Zurabişvili prezident seçkisindən Kvemo Kartlidə uduzdu. Seçicilərin 70 faizi ona səs vermədi. Seçkidən bir ay sonra Zurabişvili azərbaycanlılardan qisas almağa başladı. O daha çox ermənilərin səsini qazandı və ermənilərə verdiyi vədləri də zaman-zaman yerinə yetirməkdədir”.

A.Süleymanov onu da qeyd edib ki, Zurabişvilinin prezident seçilməsindən qısa zaman kəsiyində iki dövlət arasında müəyyən və məlum səbəblər üzündən sərinlik yaranıb: “Yanvarın 20-də, Azərbaycanın ümumxalq hüzn günündə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsinin iştirakçısı, erməni hərbi canilərindən olan Mixail Avaqyana büstün qoyulması xalqımıza təhqir oldu. Cavaxetiyada Zurabaşvilinin secki qərargahının rəhbəri “Gürcü Arzusu”ndan olan deputat Enzel Mkoyan olub. Hansı ki, bu adam Mixail Avaqyana büstün qoyulmasının əsas təşkilatçılarından biridir. Abidənin lentini kəsən də, hətta deyilənə görə, onun qoyulmasını maliyyələşdirənlərdən biri də odur. İndi görün, Zurabişvili hansı qüvvələrin siyasətinə göz yumur. Soydaşlarımızın sosial problemlərinin həllində yaranan gərginliyi də qeyd etmək lazımdır. Problemlər günü-gündən ağırlaşır. Zurabaşvilinin işi isə ancaq xaricə səfərlər etməkdir, onun ölkə daxilində heç bir həlledici rolu yoxdur, formal bir prezidentdir. Xaricə səfərlər etsə də, qərar vermək iqtidarında olmayan bir prezidentdir. Qərar verə bilsəydi sadaladığım problemləri həll edərdi. Məlum abidənin götürülməsi ilə bağlı ona məktub ünvanladıq, təəssüflər olsun ki, cavabı gəlmədi. Martın 6-da parlamentə gələcək, hesabat verməyə. Həmin zaman reqlamentə görə, o, və fraksiyaların rəhbərləri çıxış edəcəklər. Amma imkan tapıb bir daha etirazımızı ona bildirəcəyik”.

Deputat qeyd edib ki, Zurabişvilinin ermənilərə sevgizi artıq separatçıların Gürcüstana qarşı yönəldiyinə dəgətirib çıxarıb: “Bu gün Ermənistan deputatları ilə Abxaziyadan olan deputatlar arasında görüşlər keçirilir. Zurabişvilini dəstəkləyənlər artıq separatçılçıqları ilə Gürcüstana qarşı fəaliyyət göstərirlər. Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılması məsəsləsini müzakirə edirlər. O, bu və başqa suallara cavab verməlidir. Yaxşı olardı ki, Zurabişvili Xocalı soyqırımının 27-ci ildönümü günü, yəni bu gün Bakıya gedəydi və abidə önünə əklil qoyardı, xalqımıza başsağlığıl verəydi. O zaman onun Azərbaycanın dərdinə şərik çıxdığını görərdik. Amma faciənin anım günündən sonra Bakıya səfərinin heç bir yükü, əhəmiyyətini görmürəm. Zurabişvili Azərbaycana bir kəşfiyyatçı simasında gəlir. Biz özümüzü onun yaqnında görmürük”.
XƏBƏR LENTİ
Dünən, 14:59
SORĞU