25 fev 20:05region

GAK Xocalı soyqırımını andı

GAK Xocalı soyqırımını andıBu gün Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində Xocalı qətliamının 27-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.

Avrasiya.net xəbər verirki, tədbiri GAK sədri Hüseyn Yusubov açıb. Öncə Xocalıda qətlə yetirilənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə eləcə də, Marneuli rayonunun deputatı Ruslan Hacıyev, ziyalı Fazıl Həsənov, ictimai-siyasi xadim Leyla Məmmədova, Qardabani rayonunun Muğanlı kəndində yaşayan ziyalı Əli Nağıyev, Dmanisi rayon bələdiyyə məclisinin üzvü, Orzuman ərazi vahidliyində GAK-ın təmsilçisi Kamran Xıdırov, Xocerni kəndində GAK-ın təmsilçisi Hüseyn Əbdürrəhmanov çıxış ediblər.
GAK Xocalı soyqırımını andı
Natiqlər erməni işğalçılarının Xocalıda azərbaycanlılara qarşı törətdikləri qətliamın bütün bəşəriyyətə yönəldiyini, lakin bu vaxtadək dünya dövlətləri və birlikləri tərəfindən hüquqi, siyasi qiymət alınmadığından təəssüfləndiklərini qeyd ediblər.

Tədbirin ikinci hissəsində iştirakçılara, Sevil Dəmirçiyevanın rəhbərliyi ilə Baydar məktəbinin şagird kollektivinin hazırladığı Xocalı faciəsi ilə bağlı kompozisiya təqdim olunub.
GAK Xocalı soyqırımını andı
GAK Xocalı soyqırımını andı
GAK Xocalı soyqırımını andı
XƏBƏR LENTİ
SORĞU